Bakıda qonşular arasında dava zamanı qan töküldü - 41 YAŞLI KİŞİ BIÇAQLANDI

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Polad Həşimov küçəsində baş verib.

1983-cü il təvəllüdlü Musayev Tofiq İsmixan oğlu qonşusu ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.