Dekabrın 19-da gecə saatlarında Novxanı qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü E.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.