Bakıda qanlı dava: iki qardaş bıçaqlandı

Bakıda iki qardaş bıçaqlanıb.

Hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü Fərid Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşına münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır./lent.az