Nəsimi rayonu ərazisində mağazaların birində bir qadının çantasından 2500 manat pulu və mobil telefonu oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, 20-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlyas Səlimov saxlanılıb.
Onun borclu qismində axtarışda olması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az