Bakıda qadına qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanıldı - ÜZƏRİNDƏN "PATI" ÇIXDI

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində naməlum şəxsin zor tətbiq etməklə 28 yaşlı qadının çantasını talaması barədə polisə məlumat daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.