Bakıda qadının 2000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirən şəxs tutulub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının 2000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Həşimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.