Bakıda qadın mənzildən 34 min manatlıq oğurluq etdi

Səbail rayonu ərazisindəki mənzillərin birindən 34.300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.