Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədirlər. Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.
***10:16
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.