Bakıda ötən il 65 qumbara tapılıb

Ötən il paytaxtda qeydə alınan 15.759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub.

Stopnarkotik.az trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov əməliyyat müşavirəsində bildirib.

Qeyd olunub ki, 2022-ci illə müqayisədə hesabat dövründə ehtiyatsızlıqdan adam öldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb, ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.