Bakıda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, sentyabrın 10-da Bakı şəhər sakini olan bir nəfərin içərisində pulu, bank kartları olan cüzdanı, mobil telefonu, qol saatı və eynəyi oğurlanıb.
Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini olan qadın saxlanılıb.
Araşdırma aparılır.