Bakıda oğurluq edən iki nəfər tutuldu - BİRİ KEÇMİŞ MƏHKUMDUR

Paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.