Bakıda oğurluq edən 3 nəfər tutuldu - İKİSİ KEÇMİŞ MƏHKUMDUR

Paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.

Binəqədi rayonunda isə evlərin birindən 800 manat və 7200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.