Bakıda mübahisə qanla bitdi: İKİ QARDAŞ BIÇAQLANDI

Bakıda iki qardaş bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Tağıvev Amil Qorxmaz oğlu Binəqədi rayonu 28 May qəsəbəsində mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Mehtiyev Şahin Samil oğluna və onun qardaşı 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarəti yetirib.

Nəticədə hər iki xəsarət alan qardaş Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.