Nəsimi rayonu ərazisindən bir nəfərin 1500 manat dəyərində mopedinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı E.Veyisov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.