Bakıda maşın alverçisi həbs edildi - Qadının pullarını ələ keçirib

Bakıda bir neçə nəfəri aldadaraq külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilən avtomobil alverçisi həbs edilib.

Nizami rayonu ərazisində fəaliyyət göstərən “Leon” avtomobil salonunda çalışan Saatlı rayon Dədəqorqud kənd sakini, 1987-ci il təvəllüdlü Namiq Cəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilib.

İstintaq zamanı məlum olub ki, Namiq avtosalona gələn və oğluna avtomobil almaq istəyən qadına yalan vəd verərək onlara ABŞ-dan “BMW f10” model avtomobil gətirəcəyini deyib. Bu adla o, H.Hümbətovadan 25 min manata yaxın pula alıb. Lakin pulları mənimsəyərək dediyi avtomobili gətirməyib. Bundan başqa onun bir neçə digər vətəndaşdan da oxşar adla külli miqdarda pul aldığı məlum olub.

Başlanmış cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 6 fevral 2024-cü il tarixli hökmü ilə Namiq Cəlilov 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./publika.az