Bakıda mağazalardan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Yeni Ramana, Bülbülə və Əmircan qəsəbələri ərazisində 2 mağazadan ümumilikdə 350 manat pul və 1700 manat dəyərində tütün məmulatı, bir mağazadan isə mobil telefon oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.