Bakıda mağazadan oğurluq edən şəxs ələ keçdi

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 1400 manat dəyərində olan qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.