Bakıda mağazadan "notebook" oğurlandı - 19 YAŞLI GƏNC SAXLANILDI

Bakıda mağazadan oğurluq olub.

 

Stopnarkotik.az xəbər verir ki, Nəsimi rayonunda yerləşən mağazaların birindən dəyəri 1900 manat olan "notebook" oğurlanıb. Hadisə barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 19 yaşlı E.Ramazanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.