Bakıda mağazadan 2 min manatlıq geyim oğurlandı - 30 YAŞLI QADIN TUTULDU

Bakıda mağazadan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.