Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakının Nəsimi rayonu Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərinin birində kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, kafedə dava zamanı 1996-ci il təvəllüdlü Nəsibov Orxan Sabutay oğlu, 1996-ci il təvəllüdlü Zeynalov Ceyhun Mübariz oğlu və 1991-ci il təvəllüdlü Məmmədli Orxan Atamoğlan oğlu müxtəlif xəsarətlər alıb. Belə ki,  O.Nəsibov və O.Məmmədli bıçaq xəsarətləri alıb. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.