Bakıda küçədə qan töküldü: gənc oğlan bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma olub.

Hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü İsgəndərli Əli Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.