Bakıda küçədə keçmiş əri tərəfindən öldürülən qadının qətlinin təfərrüatları bəlli olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Rövşən Quliyevin anası Hənifə Quliyeva oğlunun Sevinc İbrahimova ilə üç il öncə boşandığını deyib.
Sevinc Rövşən və keçmiş qaynanasının birgə yaşadığı evə iki övladını görmək üçün gəlib.
Rövşən isə onu namusuzluqda ittiham edərək uşaqlarla görüşünə imkan verməyib.
Daha sonra keçmiş ər qadına küçədə 6 bıçaq zərbəsi vurub. Qeyd edək ki, cütlüyün birgə nigahdan 14 və 6 yaşlı övladları var.
Xatırladaq ki, fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Sevinc İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.