BAKIDA KİBERDƏLƏDUZLUQ - İki nəfər saxlanıldı

Bakı şəhərində kiberdələduzluq faktı qeydə alınıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxt sakini olan 3 şəxs aldadılaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər Ü.Qasımov və A.Əhmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.