Zabrat şosesində qeydə alınan yol-nəqliyyat hadisəsinin başvermə səbəbi açıqlanıb.
Bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, hadisəyə digər nəqliyyat vasitəsinin əyləc sistemində yaranan nasazlıq səbəb olub:
"Bu gün saat 07:00 radələrində "BakuBus" MMC-nin istismarında olan 139 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusun iştirakı ilə Babək prospekti 111 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, hadisəyə digər nəqliyyat vasitəsinin əyləc sistemində yaranan nasazlıq səbəb olub və həmin nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək "BakuBus" MMC-nin istismarında olan avtobusa çırpılıb.
Hadisə nəticəsində "BakuBus" MMC-nin avtobusunda sərnişinlər arasında xəsarət alan olmayıb.
Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır".
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Zabrat şosesində qeydə alınıb.
"Zabrat şosesində 139 nömrəli marşrut avtobusu ilə, 198 nömrəli sərnişin avtobusu toqquşub. Bir nəfər qadın xəsarət alıb", - deyə məlumatda qeyd edib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb./oxu.az