Bakıda masajçı hamamda qarət edilib.
Hadisə paytaxtın Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən hamamda qeydə alınıb.
Orada masajçı işləyən Bakı şəhər sakini S.Nuriyevanın 2200 manat pulu oğurlanıb.
Zərərçəkən bu barədə polisə məıumat verib.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində masajçının pulunu oğurlayan hamamın digər masajçısı M. Rüstəmova saxlanılıb./lent.az