Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonundan 4 min manatlıq alətlərin oğurlaması barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.
Araşdırma aparılır.