Bakıda gənc oğlan bıçaq xəsarəti aldı

Bakının Xəzər rayonunda gənc bıçaq xəsarəti alıb.

Stopnarkotik.az “report”a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində 2004-cü il təvəllüdlü Namiq Bəhmən oğlu Hüseynov bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

N.Hüseynovun dediyinə görə, o özü-özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.