Bakıda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Əmircan qəsəbəsi ərazisində bir evdən 1500 manat və 1000 ABŞ dolları pul, iki evdən isə 5300 manat dəyərində məişət əşyaları oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Sultanov saxlanılıb.
Araşdırma aparılır.