Bakıda ev qarət olunub.
Stopnarkotik.az xəbər verir ki, mayın 16-sı saat 16 radələrində Maştağa qəsəbəsində evlərdən birindən 8200 dollar pul və 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Hadisəni törətmiş Bakı şəhər sakini ev sahibinin bacısı oğlu Azər Vəliyev tutularaq, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə təhvil verilib.