Bakıda evdən 8 minlik qızıl oğurlayan qadın saxlanıldı

Bakının Nizami rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, polisə müraciət edən ev sahibəsi sentyabrın 5-də 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.