Bakının Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq olub.
DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 10 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.