Bakıda ev və mağazadan oğurluq edənlər tutuldu - BİRİNİN ÜZƏRİNDƏN MARİXUANA ÇIXDI

Bakının Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 2616 manat oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33 yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.