Bakıda dənizdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Stopnarkotik.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.