Bakıda DƏHŞƏT: Yeniyetmə oğlan anasını hoteldə öldürdü

Bakıda oğul anasını qətlə yetirib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən hotellərin birində qeydə alınıb.

2009-cu il təvəllüdlü Ayxan Qasımlı 1989-cu il təvəllüdlü anası Əsmət Qasımovanı bıçaqla zərbələr vuraraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Ayxan Qasımlı tutularaq istintaqa təhvil verilib.