Bakıda dayə sevgilisi ilə birləşib mənzili qarət etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və sevgilisi Baxşəli Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İ. Əlipaşayeva 6 il, sevgilisi Baxşəli Ağayev isə 8 il azadlıqdan məhrum edilib. 

İttihama görə, İ. Əlipaşayeva Bakıda evlərdən birində dayə işləyib. Ailənin imkanlı olduğunu görən İ. Əlipaşayeva sevgilisi B. Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb. 

Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb.