Bakıda köşk və ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, rayon ərazisində köşklərin birindən 150 manat pul, 2000 manat dəyərində tütün məmulatı, bir evdən isə 2250 manat pul və mobil telefon oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Nurlan İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.