Bakıda avtomobil qaçıran keçmiş məhkum ələ keçdi

Səbail rayonunda nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunda bir nəfərin nəqliyyat vasitəsi qaçırılıb.

Rayon sakini ərazi polis orqanına müraciət edərək oktyabrın 21-də “VAZ-2107” markalı avtomobilinin naməlum şəraitdə qaçırılmasını bildirib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı T.Kərimov avtomobillə birgə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.