Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Stopnarkotik.az xəbər verir ki, Svetlana Məmmədova küçəsində “Hyundai Elantra” markalı avtomobil yol kənarında park edilmiş avtobusa çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi avtobusun altına daxil olub.
Əraziyə xilasedicilər cəlb edilib.
Sürücünün xəsarət aldığı bildirilib.
Araşdırma aparılır.