Bakıda arvadı gizli telefon işlədən kişi onu məftillə boğaraq öldürüb - VİDEO

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü V.Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib.

Ətraflı Baku TV-nin videomaterialında izləyə bilərsiniz: