Bakıda aptekə silahlı basqın: KEÇMİŞ MƏHKUM SAXLANILDI

Aptekə basqın edən şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən aptekdə əczaçı işləyən Sevinc Qabulova aptekə tanımadığı şəxsin bıçaqla daxil olaraq ona hədə-qorxu gələrək 232 manat pulunun alındığı barədə polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün quldurluq hadisəsini törətmiş şəxs, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş 38 yaşlı N.Adıgözəlov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı cinayət işi açılıb.