Bakıda anasını 192 bıçaq zərbəsi ilə qətlə yetirən yeniyetməyə hökm oxundu

Anasını qətlə yetirməkdə təqsirləndirilən Z.M.-un cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib.

 

Daha sonra hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Z.M. 10 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Z.M.-un 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin fevral ayında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Z.M. anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Z.M. anası Solmaz Mansurovanı 192 bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

Z.M. hadisəni törədən zaman məktəbli olub./apa