Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
***
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi Əhmədov bıçaqlanaraq qətlə yetirilib.
Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub.
Hadisənin təfərrüatı Sabunçu rayon Prokurorluğunda araşdırılır.