Bakıda 25 yaşlı gənc tanışı tərəfindən bıçaqlandı

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Məmmədov Ülvi Ziyarəddin oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.