Bakıda 2300 manatlıq moped oğurlandı - YENİYETMƏ TUTULDU

Paytaxtın Sabunçu rayonunda 2300 manat dəyərində moped oğurlanıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a (DİN) bildirilib ki, bir nəfərə məxsus mopedin oğurlanmasında şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.