Bakıda 12 min manatlıq oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini S.Bəylərov saxlanılıb.
S.Bəylərov ayrı-ayrı vaxtlarda rayonun Mingəçevir küçəsində olan qarajın qarşısından 12000 manat dəyərində çən, avtomobil yağı qarışdıran qurğu və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinir.