Bakıda 1,2 milyon manatlıq dələduzluq edən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O,  ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.