Bakıda 10 min manatlıq oğurluq - İKİ NƏFƏR TUTULDU

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi olub.

Stopnarkotik.az xəbər verir ki, iki zərərçəkmiş polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.