Bakı və Sumqayıtda dələduzluq edən şəxslər saxlanıldı

Bakı və Sumqayıtda dələduzluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı S.Qubadlı müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 12000, digər şəxsin isə 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı M.Bəylərov və 30 yaşlı E.Həsənov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.