Bakı sakininin pulunu oğurlayan keçmiş məhkum saxlanıldı

Bakıda bankomatın önündə oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisindəki bankomatların birində Bakı şəhər sakininin 1750 manat pulu oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Quliyev müəyyən olunaraq saxlanılıb.