Bakı sakininə 8 min manatdan çox dələduzluq edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu ərazisində bir nəfərin aldadılaraq 8650 manat dəyərində məhsulunun alınması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.